Şahmatçısmız Şəhriyar Məmmədyarov Hindistanın Banqalor şəhərində keçirilən "Tech Mahindra Global Chess League-2026" turnirində üçüncü yer uğrunda mübarizə aparacaq. Sport24.az xəbər verir ki, Məmmədyarovun şərəfini qoruduğu "CheQ Mumba Masters" üçüncü yer uğrunda matçda "Fyers American Gambits"lə qarşılaşacaq.

 

Məmmədyarovla yanaşı, "CheQ Mumba Masters"ın heyətində fransalı Maksim Vaşye-Laqrav, sloveniyalı Vladimir Fedoseyev, Hindistan təmsilçisi Harika Dronavalli, ABŞ-li Karissa Yip və iranlı Bərdiya Daneşvər çıxış edirlər.

 

Qeyd edək ki, ilkin mərhələnin nəticələrinə əsasən, "Ganges Grandmasters" və "Alpine APL Pipers" finala yüksəlib. Hər iki komanda 18 xal toplasa da, "Ganges Grandmasters" oyun xallarında 95:88 üstün olduğu üçün birinci yeri tutub.