"Domino"s" pizza şəbəkəsinin Böyük Britaniya üzrə sosial şəbəkə hesabı, London klubunun İngiltərə Premyer Liqasındakı (EPL) qolsuz seriyası fonunda "Tottenhem"lə zarafat edib. Sport24.az xəbər verir ki, "Domino"s" sosial şəbəkələrdə belə paylaşım edib:
"Tottenhem"in Premyer Liqada sonuncu dəfə qol vurmasından bəri biz 489 297 478 ədəd pizza çatdırmışıq".
Qeyd edək ki, ötən gün London klubu Premyer Liqanın 4-cü turu çərçivəində baş tutan "Everton"la matçda qolsuz heç-heçə edib. "Tottenhem" mövsümün əvvəlindən bəri meydana çıxdığı 4 matçda rəqib qapılarına yol tapa bilməyib. Bu, klub tarixinin ən pis göstəricisidir.