Qadınlardan ibarət 3x3 basketbol üzrə millimiz bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Belçikanın Antverpen şəhərində təşkil olunan turnirin 1/4 final mərhələsində yığmamız Fransa ilə qarşılaşacaq.

 

Görüş Bakı vaxtı ilə saat 16:45-də başlayacaq. 

 

Qeyd edək ki, millimiz ötən il keçirilən həlledici görüşdə Niderland yığmasına 16:21 hesabı ilə uduzaraq gümüş medal qazanıb.