İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Tottenhem" - "Everton" matçı qolsuz başa çatıb. Sport24.az xəbər verir ki, bu oyun "Everton"un qapıçısı Cordan Pikford üçün əlamətdar olub.
"Squawka" statistika postalının məlumatına görə, Pikford Premyer Liqada 100 oyunda qapısını toxunulmaz saxlamağı bacaran beşinci ingilis qapıçı olub. Daha əvvəl bu uğura Devid Ceyms, Devid Simen, Naycel Martin və Co Hart imza atıblar.
Qeyd edək ki, Pikford 2017-ci ildən "Everton"un fomasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.