Bu gün Misli Premyer Liqasının 5-ci turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçı Şamaxıda baş tutacaq.
"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edir. Nominal meydan sahibləri hazırda 1 xalla turnir cədvəlinin zirzəmisində qərarlaşıb. Qonaqların isə aktivində 7 xal var. "Boz qurdlar" 5-ci pillədədir. Cavid Hüseynovun baş məşqçi olduğu Naxçıvan təmsilçisi cari mövsümdə qələbə üzünə həsrət qalıb və bu görüşdə "qara zolaq"dan çıxmağa çalışacaq. Kurban Berdıyevin yetirmələri də liderlər qrupundan uzaq düşməmək üçün 3 xal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, hesabat həftəsində artıq baş tutan görüşlərdə "Neftçi" səfərdə "İmişli"ni (3:2), "Kəpəz" "doğma divalar" arasında "Qəbələ"ni (1:0) məğlub edibsə, "Sumqayıt - "Şamaxı" matçı 1:1 hesabı ilə başa çatıb.
Misli Premyer Liqası
I dövrə, V tur
16:30. "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı. Şəhər stadionu.