Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin karyerasını yenidən ölkəmizdə davam etdirmək ehtimalı olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Hücumçu Kosovanın "Malışeva" klubuna keçməmişdən əvvəl Premyer Liqa komandasına təklif olunub. Redaksiyamıza daxil olan biliyə əsasən İsgəndərli "Şamaxı"ya təklif olunub. Lakin baş məşqçi Azər Bağırov onun xidmətində maraqlı olmayıb.
Qeyd edək ki, Vüsal mövsümlərarası fasilədə Albaniya təmsilçisi "Partizani"dən Kosovonanın "Malışeva" klubuna keçib