Yelkən idmanının Optimist və ILCA4 sinifləri üzrə açıq Azərbaycan reqatasına start verilib. Sport24.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

 

Şıxov çimərliyi ərazisində keçirilən yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar barədə məlumat verilib. Rəsmi hissənin ardından yarışlar başlayıb.

 

Reqatada Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərlik heyət də iştirak edir. İdmançılar Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparırlar.

 

Qeyd edək ki, yarış sentyabrın 14-dək davam edəcək.