"İnter" futbolçusu Hakan Çalhanoğlu ilə müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sky İtalia" portalı məlumat yayıb.
"Neradzurra" yaxın zamanda 32 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.
Türkiyəli futbolçu 2021-ci ildən "İnter"də forma geyinir. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.
Yarımmüdafiəçi bu mövsüm A Seriyasında 3 oyunda 2 qol vurub.