"Turan Tovuz"un "Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia ilə maraqlanmasının detalları bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Belə ki, Qərb təmsilçisi 32 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb.
Lakin əlcəzairli futbolçu Tovuz klubunda çıxış etmək istəmədiyini bildirib. Tərəflər maaş məsələsində razılıq əldə edə bilməyiblər.
Benzia transferində uğursuz olan qərblilər məcburiyyətdən "Sumqayıt"dan Aleksa Yankoviçlə anlaşa bilib.
Xatırladaq ki, Yassin Benzia 2023-2025-ci illərdə "Qarabağ"da çıxış edib.