"Qalatasaray"ın sabiq futbolçusu Vilfrid Zaha karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, hücumçu menecerlər vasitəsilə "Malaqa"ya təklif olunub.

 

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. 33 yaşlı hücumçu La Liqada oynamaq istəyir.

 

Zahanın son ünvanı ABŞ-də "Şarlotte" olub. O, komandada 48 oyunda 13 qol vurub, 8 məhsuldar ötürmə edib.

 

Vilfrid əvvəl "Mançester Yunayted", "Kardiff", "Lion", "Qalatasaray" kimi klublarda forma geyinib.