"Liverpul" PSV-nin yarımmüdafiəçisi Pol Vannerlə maraqlanır. Sport24.az xəbər verir ki, "Liverpul"un bu transfer üçün işi asan olmayacaq.

 

Çünki "Real" (Madrid) və "Bavariya" kimi klublar onun uğrunda rəqabət aparır. 20 yaşlı alman futbolçu Erediviziyanın ən perspektivli gənc oyunçularından biri hesab olunur. PSV isə oyunçunu daha bir mövsüm saxlamaq istəyir, lakin xüsusilə sərfəli təklif olarsa, dialoqu istisna etmir.

 

PSV Vanneri 45-50 milyon avro dəyərində qiymətləndirir və müqavilənin son qiyməti potensial olaraq bonuslardan və gələcək satış şərtlərindən asılı olacaq. 20 yaşlı futbolçunun Niderland klubu ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. 

 

O, "Bavariya", "Haydenheym" klublarında oynadıqdan sonra ötən il PSV-yə keçib.