"Əl Nəsr"dən ayrılan Marselo Brozoviç karyerasını Qətərdə davam etdirə bilər. Sport24.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi "Əl Sədd" ilə danışıqlar aparır.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Qətər klubu 33 yaşlı futbolçuya 1+1 illik müqavilə təklif edib.

 

2015-2023-cü illərdə "İnter"in formasını geyinən Brozoviç 2024-cü ildən "Əl Nəsr"də idi.

 

Yarımmüdafiəçi Xorvatiya millisi ilə DÇ-2018-də gümüş medal qazanıb.