Lionel Messinin çıxış etdiyi "İnter Mayami" MLS-də növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda azarkeşlərinin önündə "Neşvill"lə qarşılaşıb.
4 qolun vurulduğu matç bərabərliklə başa çatıb – 2:2.
Messi oyuna start heyətdə başlayıb. O, 62-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
"İnter Mayami" 25 turdan sonra 45 xalla ikinci sıradadır. Komanda lider "Neşvill"dən 9 xal geri qalır.