Mönhenqladbax "Borussiya"sı baş məşqçi Ogen Polanskini istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb .

 

 Bu qərar Bundesliqanın üçüncü turunda "Frayburq"a məğlubiyyətdən sonra verilib . "Borussiya" hazırda turnir cədvəlində sonuncu yerdədir.

 

Yan-Moritz Lixte müvəqqəti baş məşqçi kimi çalışacaq.

 

Polanski komandanı 2025-ci ildən çalışdırırdı. Onun rəhbərliyi altında "Borussiya" ötən mövsümü 12-ci yerdə başa vurub.