"Real"ın baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama ilə gündəmə gəlib. Sport24.az xəbər verir ki, mütəxəssis sıx qrafikdən və mətbuat konfranslarından danışıb:
"Bir həftədə 3 matç oynamaq çətindir. Bu işin digər pis tərəfi isə mətbuat konfranslarıdır. Sizdən bezdim, siz də məndən bezmişiniz. Artıq verəcək sualınız da yoxdur".
Qeyd edək ki, "Real" La Liqada 5 turdna sonra 12 xalla ikinci sıradadır. Madrid klubu lider "Barselona"dan üç xal geri qalır.