"Vest Hem" və Çexiya yığmasının keçmiş qapıçısı Ludek Mikloşko 64 yaşında dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
2024-cü ilin dekabrında Mikloşko xərçəng xəstəliyi ilə mübarizə apardığını açıqlamış və müalicədən imtina etmək qərarına gəldiyini bildirmişdi.
Mikloşko 1990-1998-ci illərdə "Vest Hem"də çıxış edib. O, həmçinin Çexiyanın "Banik" və "Hvezda" klublarında, eləcə də KPR-də oynayıb. Futbolçu Çexoslovakiya millisində 40, Çexiya yığmasında isə iki oyun keçirib.
Qeyd edək ki, Mikloşko futbolçu karyerasını başa vurduqdan sonra 2001-2010-cu illərdə "Vest Hem"in məşqçilər korpusunda yer alıb.