Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqada 5-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün yeganı matçı Sumqayıtda keçiriləcək.
"Şəfa" "Sabah"ı qonaq edir. Aktivində 3 xal olan nominal meydan sahibləri turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıbsa, bit oyunu təxirə düşən qonaqlar 9 xalla 4-cü yerdədir. "Bayquşlar" bu gün qələbə qazanacağı təqdirdə - bu da real görünür - zirvədə qərarlaşan "Neftçi" ilə xallarını bərabərləşdirəcək.
Qeyd edək ki, 6-cı tura sentyabrın 18-də start veriləcək.
Misli Premyer Liqası
I dövrə, V tur
19:00. "Şəfa" - "Sabah" 0:3
Qollar: P. Mbina, 25, A. Xaybullayev, 3, V. Simiç, 69.
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sumqayıt. "SOCAR Polymer Arena".
"Şəfa": 1. Nicat Mehbalıyev 28. Murad Musayev (k) 83. Nihad Quliyev 6. Fərid Yusifli 10. Dilan Mertens 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 34. Kristofer Mamenqi 7. Treyvon Fuller
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 66. Nurhan Abdıyev, 8. Vlad Pop 22. Umar Diav.
"Sabah": 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 21. Velko Simiç 27. Timoteuş Puxaç (k) 37. Du Keyros 99. Patrik Mbina 7. Umarali Raxmonaliyev 4. Eyden Makkarti 23. Yunes Laşaab
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 1. Amin Ramazanov, 16. Rauf Rüstəmli, 20. Coy Lens Mikels, 80. Akim Zedadka, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Junior Almeyda, 88. Rodriqo Fernandeş, 18. Karlos Eduardo, 8. Kristian Nvaçukvu, 35. Cafet Bulus.