"Naxçıvan" Səid İsmayılovu transfer edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Muxtar respublika təmsilçisi 182 sm boya malik 22 yaşlı basketbolçu ilə bir illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, İsmayılovun son klubu "Ordu" olub. O, həmçinin millinin də formasını geyinib.