"Trabzonspor" "Milan"ın sabiq baş məşqçisi Stefano Pioli ilə  danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, mütəxəssis 2028-ci ilə qədər qüvvədə olacaq və daha bir mövsüm uzatmaq şərti ilə müqavilə tələb edib.

 

Piolidən başqa, Türkiyə klubunun rəhbərliyi daha iki məşqçini namizədlər siyahısına daxil edib.

 

Stefano Piolinin son iş yeri "Fiorentina" olub. O, İtaliya klubuna ötən ilin iyulundan noyabrına qədər rəhbərlik edib.

 

Fatih Tekkenin gedişindən sonra "Trabzonspor"da baş məşqçi vəzifəsi boş qalıb.

 

Qeyd edək ki, hazırda "Trabzonspor" turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Komanda növbəti oyununu sentyabrın 19-da "Qalatasaray"a qarşı keçirəcək.