Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Tədbir Bakı İdman Sarayında baş tutub.
Sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.
Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib.