Misli Premyer Liqasının 5-ci turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Qarabağ"ı qonaq edir.
Hər iki komanda turnir cədvəlinin üst pillərində yer aldıqlarından bu oyun həm də turun mərkəzi qarşılaşması hesab olunur. İstər "Zirə"nin, istərsə də "Qarabağ"ın aktivində 9 xal var. Yalnız əlavə göstəricilərə görə, qonaqlar turnir cədvəlinin 3-cü meydan sahibləri isə 4-cü pilləsində qərarlaşıb. Ancaq Ağdam təmsilçisi rəqibi ilə müqayisədə bir oyun az keçirib.
Qeyd edək ki, hesabat həftəsi sabah keçiriləcək "Şəfa" - "Sabah" görüşü ilə yekunlaşacaq.
Misli Premyer Liqası
I dövrə, V tur
19:00. "Zirə" - "Qarabağ" 0:0 (Birinci hissə)
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov
VAR: Rəvan Həmzəzadə
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə. İdman Kompleksinin stadionu.
"Zirə": 72. Hüseynəli Quliyev 32. Qismət Alıyev (k) 2. Amin Seydiyev 4. Ruan Renato 21. Rikardo Martins 20. İssa Cibrila 17. Vierinya 5. Ange Mutsinzi 27. Bayere Lue 16. Ktatau 33. Mehdi Mişahşah
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov 11. Ayxan Hüseynov 48. Ramiz Muradov 57. Yusif Hacıyev 9. Davit Volkov 10. Giorgi Papunaşvili
"Qarabağ": 23. Martin Zlomisliç 22. Musa Qurbanlı 8. Marko Yankoviç (k) 2. Mateus Silva 5. Bruno Lanqa 10. Joni Montiel 29. Renaldo Sefas 25. Cebrail Makreçkis 7. Jali Muaddib 35. Pedro Bikalyo 4. Bense Varkonyi
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov 32. Hikmət Cəbrayılzadə 49. Əli Bəşirov 21. Aleksey Kaşuk 19. Taofik İsmail 11. Reda Xadra 88. Samuel Lobato 33. Dieqo Rosa