PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Fransa Liqa 1-in IV turunda "Brest"lə keçirilən matçda (1:0) zədələnib. Sport24.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

 

27 yaşlı mərakeşli sağ bud əzələsindən zədə alaraq qarşılaşmanın 39-cu dəqiqəsində əvəzlənməli olub.

 

Fransa təmsilçisinin yaydığı rəsmi bəyanatda deyilir:

 

"Dünən "Brest"lə oyunda sağ budundan zədə alan Əşrəf Hakimi növbəti iki gün ərzində tibbi heyətin nəzarəti altında olacaq. Bu müddətin sonunda futbolçu yenidən müayinədən keçəcək".

 

Hakimi cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 7 matça çıxıb. Fransa çempionatında keçirdiyi 4 turdan sonra 5 xal toplayan "qırmızı-göylər" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.