Yeni mövsümün hazırlığını davam etdirən "Gəncə" Basketbol Klubu növbəti sınaq matçını keçirəcək. Sport24.az xəbər verir ki, şəhər təmsilçisi təlim-məşq toplanışı çərçivəsində "Ordu" ilə üz-üzə gələcək.

 

Qey edək ki, "hərbçilər"lə keçiriləcək yoxlama görüşü sabah Bakıda baş tutacaq. Azərbaycan Texniki Universitetinin İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 12:00-da start götürəcək.