"Benfika" ilə yollarını ayıran Bruma Yunanıstanda oynayacaq. Sport24.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Aris"lə anlaşıb.
Bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.
Onunla 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü "Sportinq", "Qalatasaray", "Qaziantepspor", "Leyptsiq", PSV, "Olimpiakos", "Fənərbaxça", "Braqa" klublarında oynayıb.