Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının tarixi və saatı müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
İstanbul derbisi oktyabrın 26-da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, 5 turdan sonra13 xal toplayan "Qalatasaray" turnir cədvəlinin zirvəsində qərarlaşıb. 7 xalı olan "Fənərbaxça" isə 11-ci yerdədir.