Misli Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şəfa" görüşünün biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.

 

Azarkeşlər biletləri iTicket.az-da onlayn əldə edə bilərlər.

 

Matç günü biletlər stadionun kassalarından və ya iTicket.az-da satışda olacaq.

 

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna sentyabrın 18-i, saat 19:45-də start veriləcək.