Polşada futbol üzrə Ekstraklasanın 3-cü turundan təxirə salınmış matçı keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" doğma meydanda "Zaqlebye"ni qəbul edib.
Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətində oyuna başlayan Emreli matçı əvəzlənmədən keçirib.
Qeyd edək ki, hazırda "Rakuv" xal toplamadan turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.