"Qəbələ"nin keçmiş baş məşqçisi Yuri Syomin "Fakel"in baş məşqçi postuna namizəd olması barədə xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, 79 yaşlı mütəxəssis  bu barədə Rusiyanın "Sport24.ru" portalına açıqlama verib:

 

"Fakel"in baş məşqçi potuna namizədəm? Klubdan kimsə mənə müraciət etsə belə, bu barədə ictimaiyyətə açıqlama verməzdim.

Məşqçi karyeramı bitirməmişəm. İşləməyə davam etməyə hazıram, ona görə də gələcəyin nə vəd etdiyini görəcəyik".

 

Qeyd edək ki, Syomin 2013/14 mövsümündə "qırmızı-qaralar"ın "sükanı arxasında" olub. Komanda onun rəhbərliyi altında bürünc medal qazanıb.