Oktyabrın 11-18-i aralığında keçiriləcək "Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

 

Yarışın mükafat fondu 24 810 manat olacaq.

 

Gəncə İdman Sarayında təşkil olunacaq turnir dörd qrup üzrə baş tutacaq.

 

A qrupunda reytinqi 1900 və yuxarı şahmatçılar, B qrupunda 1899 və aşağı reytinqli zəka sahibləri mübarizə aparacaqlar. Həmçinin rapid və blits yarışları da gerçəkləşəcək.

 

A qrupunda mükafat fondu 16 700, B qrupunda 5 810, rapid və blitsdə isə 1 150 manat olacaq.

 

A və B qruplarının qaliblərinə xüsusi kubok təqdim olunacaq. Müxtəlif yaş, qadın və reytinq kateqoriyaları üzrə də xüsusi mükafatlar nəzərdə tutulub.

 

Qeyd edək ki, tunir Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi ölkənin müxtəlif şəhərlərində beynəlxalq şahmat turnirlərinin keçirilməsi, yerli şahmatçıların beynəlxalq təcrübəsinin artırılması və şahmatın regionlarda daha geniş təbliğidir.