"Ayaks" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Amsterdam təmsilçisi "Tottenhem"dən ayrılan İv Bissumanı transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Malili futbolçu azad agent kimi "Ayaks"a qoşulub. Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Bissuma 2022-ci ildən "Tottenhem"də çıxış edirdi. O, Mali yığmasının da üzvü idi.