Kiyev bölgəsini təmsil edən və ya hazırda ev oyunlarını orada keçirən UPL klubları hava həyəcanı siqnallarının tezliyi və müddətinin artması səbəbindən rəqiblərini müvəqqəti olaraq Qərbi Ukraynada qəbul etməyi nəzərdən keçirirlər. Sport24.az xəbər verir ki. bu barədə jurnalist Mixail Spivakovski qonaq olduğu "TaToTake" "yutub" kanalında məlumat verib:

 

"Kiyev və ətraf bölgədə çıxış edən klublar hazırda Lvovdakı "Skif", "Minay" və ya Ujqoroddakı "Avanqard" kimi stadionlardan istifadə imkanlarını müzakirə edirlər. Söhbət adətən müvafiq infrastruktur və ya işıqlandırma sisteminin olmaması səbəbindən UPL-in (Ukrayna Premyer Liqası) lisenziya tələblərinə cavab verməyən məkanlardan gedir. Buna baxmayaraq, orada oyunların keçirilməsi - özü də təkcə saat 13:00-da deyil, hətta səhər saat 11:00-da başlanması — müzakirə olunur.

Bəli, bu, bir çox klub üçün hər matçın səfər oyunu olması — yəni ölkənin qərbinə səfər etmək zərurəti — deməkdir. Lakin bunun müqabilində onlar heç olmasa matçın həmin gün baş tutacağına dair təminat əldə edirlər".

 

Qeyd edək ki, Rusiya - İkrayna müharibəsi səbəbindən Ukrayna çempionatının oyunları tez-tez təxirə salınır və ya saatı dəyişdirilir.