"Kristal Pelas" qapıçısı Din Hendersonla 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə imzalamağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ötən yay "Nottingemm Forest"in qolkiperə maraq göstərməsindən sonra klub rəhbərliyi daha sərfəli şərtlərlə yeni müqavilə bağlayaraq Hendersonu komandanın ən yüksək maaş alan oyunçusuna çevirəcək.

 

Hazırkı müqavilə 2028-ci ilə qədər qüvvədədir. "Transfermarkt" portalı qapıçının transfer dəyərini 28 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, 29 yaşlı ingilis futbolçu 2023-cü ildən "Kristal Pelas"da çıxış edir. O, cari mövsümdə Premyer Liqanın 3 oyununda qapısında 8 qol görüb.