Kolumbiyalı ulduz futbolçu Xames Rodriges milli karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"O an gəlib çatdı. Hər bir oyuna, hər bir sevinc anına, hər bir göz yaşına və bölüşdüyümüz hər bir xəyala görə təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini təmsil etmək həyatımın ən böyük şərəfi idi. Təşəkkürlər, Kolumbiya".
Qeyd edək ki, Rodriges Kolumbiya millisində 2011-ci ilin oktyabrında debüt edib. Yarımmüdafiəçi 131 oyun keçirib, 31 qol vurub və 43 məhsuldar ötürmə edib. Kolumbiya millisində çıxış edərkən Xames DÇ-2014-ün bombardiri olub.