"Lans" baş məşqçi Dino Toppmöllerlə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Onunla yanaşı iki köməkçisi də komandanı tərk edib.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Toppmöller müqaviləyə əsasən ona çatacaq ödənişlərin əhəmiyyətli bir hissəsindən imtina etməyə razılaşıb.
Alman mütəxəssis "Lans"a iyul ayında rəhbərlik etməyə başlamışdı. O, daha əvvəl "Ayntraxt"ı çalışrdırıb.
Qeyd edək ki, "Lans" hazırda Liqa 1-də 10-cu pillədə qərarlaşıb. Toppmöllerin komandası Fransa çempionatındakı son üç matçda cəmi bir xal toplaya bilib.