Argentina təmsilçisi "Platense"nin azarkeşləri "Fluminense"yə qarşı "Copa Libertadores"in dörddəbir final mərhələsinin ev oyunundan (2:1 hesabı ilə başa çatan, lakin iki oyunun nəticəsinə görə 2:3 hesabı ilə uduzduqları qarşılaşmadan) sonra iğtişaş törədiblər. Sport24.az xəbər verir ki, final fitindən sonra meydan sahiblərinin bəzi azarkeşləri meydana daxil olaraq, onlara "aşağı liqaya düşürsünüz" şüarları ilə aşağılayan braziliyalı tərəfdarları ilə əlbəyaxa dava edib, futbolçulara hücum çəkib və rəqib komandanın bayraqlarından birini ələ keçiriblər.
Ardınca hər iki komandanın futbolçuları və məşqçilər korpusu arasında qarşıdurma yaşanıb.
Polis vaxtında müdaxilə edib. Bu arada, Cənubi Amerika Futbol Konfederasiyası yayımı həyata keçirən "GE TV" kanalından yayımı dayandırmağı tələb edib.
Qeyd edək ki, "Fluminense" "Copa Libertadores"in yarımfinalında "LDU Quito" - "Palmeyras" cütünün qalibi ilə üz-üzə gələcək.