"Qəbələ"nin yeni baş məşqçisinin adını açıqlayıb. Sport24.az xəbər verir ki, "Qırmızı-qaralar" şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.
44 yaşlı məşqçi son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərlik edib.
O, müxtəlif illərdə "Drita", "Qostivar", "Renova", "Struqa" (hamısı Şimali Makedoniya) və "Bilis" (Albaniya) klublarının baş məşqçisi, "Əl Cabalayn"nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.
Qeyd edək ki, Y.Bekiri 2024-2025-ci illər mövsümündə "Şkendiya" ilə Şimaili Makedoniya çempionu olub. Yeni baş məşqçi "Qəbələ"də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.