"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova futbol millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı futbolçu sentyabrın 20-də Misli Premyer Liqasının altıncı turu çərçivəsində "Sumqayıt"la oyundan sonra yığmanın düşərgəsinə yollanacaq. O, UEFA Millətlər Liqasında millinin düşərgəsində olacaq. Moldovalılar K qrupunda Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr) və Qazaxıstan (2 oktyabr) kollektivləri ilə üz-üzə gələcəklər. 

 

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə "Kəpəz"in heyətində iki dəfə - "Turan Tovuz" və "Qəbələ" ilə görüşdə adını tabloya yazdırıb. Stina Moldova yığmasında 30 oyun keçirib və dörd qol vurub.