Bu gün I Liqada üçüncü tura start verilir. Sport24.az xəbər verir ki, günün yeganə matçında "Karvan-Yevlax" "doğma divalar" arasında "Zaqatala"nı qonaq edir.
Yevlaxda baş tutacaq görüşün start fiti saat 16:30-da səslənəcək.
Qeyd edək ki, tura sentyabrın 18-də yekun vurulacaq.
I Liqa,
III tur
16:30. "Karvan-Yevlax" - "Zaqatala"
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Aydın Baxşıyev, Maqsud Şamıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elman Musayev
Yevlax şəhər stadionu.