"Barselona" futbolçusu Rafinya ilə müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" saytı məlumat yayıb.
Kataloniya klubu braziliyalı hücumçu ilə danışıqlara start verib.
29 yaşlı futbolçu 2022-ci ildən "Barselona"da çıxış edir. Komandnaın kapitanı bu mövsüm La Liqada 5 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Rafinyanın hazırkı anlaşması 2028-ci ilin yayına kimidir.