İspaniya millisinin üzvü Markos Lyorente "Atletiko"də qalmaq niyyətindədir. Sport24.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçiyə Madrid klubundan yeni müqavilə təklifi gəlib.
Onun "Atletiko" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, yeni müqavilə isə 2 illik nəzərdə tutulub. Lyorente "Real", "Alaves" klublarında çıxış edib.