Misli Premyer Liqasında V turun rəmzi komandası müəyyənləşib. Sport24.az-ın məlumatına görə, "11-liy"i "Sofascore" tərtib edib.

Rəmzi komandada "Sabah"dan 4, "Turan Tovuz", "Neftçi" və "Kəpəz"dən 2, "Araz-Naxçıvan"dan isə 1 futbolçu yer alıb.

Maraqlıdır ki, heyətə "Qarabağ" və "Zirə"dən heç bir oyunçu daxil edilməyib. Xatırladaq ki, V turda bu komandalar arasında keçirilən qarşılaşma heç-heçə ilə başa çatıb – 1:1.

V turun rəmzi komandası

Qapıçı: Tərlan Əhmədli ("Araz-Naxçıvan")

Müdafiəçilər: Adama Fofana ("Kəpəz"), Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Eyden Makkarti (hər üçü "Sabah")

Yarımmüdafiəçilər: Abdulax Xaybulaev ("Sabah"), İfeanyi Metyu ("Neftçi"), Roberto Olabe ("Turan Tovuz")

Hücumçular: Breno Almeyda ("Neftçi"), Viktor Stina ("Kəpəz"), Joarlem Santos ("Turan Tovuz")