Misli Premyer Liqasının VI turu "Neftçi" üçün əlamətdar olacaq. Sport24.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.

 

Bununla bağlı PFL  xüsusi süjet hazırlayıb.

 

Qeyd edək ki, süjetdə "Neftçi"nin veteran futbolçusu, komandanın ölkə çempionatlarındakı ilk qolunun müəllifi Yunis Hüseynov, həmçinin "ağ-qaralar"ın hazırkı kapitanı Emin Mahmudov fikirlərini bölüşüb.