Türkiyə təmsilçisi "Konyaspor" yay "transfer pəncərəsi"ndə "Qarabağ"ın futbolçusu Marko Yankoviçi heyətinə qatmaq istəyib. Sport24.az monteneqrolu yarımmüdafiəçinin transferinin baş tutmamasının detallarını əldə edib.
Belə ki, Superliqa klubu 31 yaşlı futbolçu ilə anlaşmaq üzrə olub. Lakin "Konyaspor"un bu keçid üçün yüksək təzminat ödəmək istəməməsi transferin reallaşmasına mane olub.
"Konyaspor" Yankoviçin nümayəndələrindən "Qarabağ"la müqavilənin ləğv olunmasını istəyib. Lakin Ağdam təmsilçisi aparıcı futbolçusunu komandada saxlamaq istədiyini bildirib və sözşləmənin pozulmasına razılıq verməyib.
Qeyd edək ki, Marko Yankoviçin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.