Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurası rusiyalı şahmatçıların Dünya Şahmat Olimpiadasında iştirak etməsinə icazə verməmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçev TASS-a açıqlamasında bildirib:
"Komandalarımız Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək. Bu qərar İdarə Heyəti tərəfindən FİDE-nin müvəqqəti prezidenti Vişvanatan Anandın təşəbbüsü ilə qəbul edilib. Xoşbəxtlikdən, oyunu siyasətdən üstün tutan və öz karyeraları ilə maraqlanan insanlar da var. Lakin şəxsi maraqları üstün tutan insanlar da var və onlar hazırda İdarə Heyətində üstünlük təşkil edirlər. Bu dəfə onlar qalib gəldilər".
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 16-27 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək. Rusiya komandaları 2022-ci ildən bəri turnirdə iştirak etmir.