20-28 noyabr 2026-cı il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyası tərəfindən kişi və qadınlar arasında şahmat çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, çempionatda 7 ölkədən şahmatçı iştirak edəcək.

 

Turnir FİDE qaydalarına uyğun, 14 turdan ibarət dairəvi sistemlə (2 dövrə) təşkil olunacaq.

 

Kişilərin və qadınların yarışında ölkəmizi müvafiq olaraq Nicat Abasov və Gövhər Beydullayeva təmsil edəcək.

 

Çempionat günlərində həm də veteranlar arasında yarış baş tutacaq. Veteranların yarışında Vüqar Bayramov iştirak edəcək.