20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İraqın müvafiq yaş qrupundan ibarət yığması ilə ikinci yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda hesabı 26-cı dəqiqədə Nicat Nərimanov açıb. Birinci hissəyə əlavə olunmuş dəqiqələrdə (Şahin İbrahimov fərqi iki topa çatdırıb. İkinci hissədə fəallaşan qonaqlar 66-cı dəqiqədə Moamel Malik Sabahın qolu ilə fərqi minimuma endirsələr də, yığmamız üstünlüyü sona qədər qoruyub.

 

Qeydə alınan nəticə:

 

Yoxlama oyunu

20 noyabr

Azərbaycan (U-20) – İraq (U-20) 2:1

Qollar: Nicat Nərimanov, 26, Şahin İbrahimov, 45+3 – Moamel Malik Sabah, 66