Futbol üzrə Azərbaycan Birinci Liqasında III turun açılış matçı keçirilib. "Karvan-Yevlax" komandası evdə "Zaqatala"nı qəbul edib. Sport24.az xəbər verir ki, Yevlax şəhər stadionunda qarşılaşan komandaların duelində meydan sahibləri böyükhesablı qələbə qazanıblar — 3:0.

 

Görüşün taleyi faktiki olaraq ilk yarıda həll olunub. Oyunun 6-cı dəqiqəsində "Zaqatala"nın heyətində E. Məmmədov qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Meydanda üstünlüyü ələ alan Yevlax klubu 9-cu və 22-ci dəqiqələrdə İ. Əliyevin vurduğu qollarla fərqi iki topa çatdırıb. İlk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə isə E. Mustafayev matçın yekun hesabını müəyyənləşdirib.

 

I Liqa

 

III tur

 

Karvan-Yevlax — Zaqatala 3:0

 

Qollar: İ. Əliyev, 9, 22, E. Mustafayev, 90+3

 

Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran "Karvan-Yevlax" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 4 xalı olan "Zaqatala" isə 5-ci sıraya düşüb.

 

Qeyd edək ki, Birinci Liqada III turun digər oyunları keçiriləcək və tura sentyabrın 18-də yekun vurulacaq.