"Qarabağ"ın və Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Bəhlul Mustafazadə təkrar cərrahi əməliyyat olunub. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli futbolçunun əvvəllər əməliyyat olunan ayağında yenidən narahatlıq meydana gəldiyi üçün həkimlər təkrar cərrahi müdaxiləyə lüzum görüblər.
27 yaşlı müdafiəçinin təxminən 4 həftədən sonra bərpa mərhələsinə başlayacağı gözlənilir.
Bəhlul Mustafazadə cari ilin fevral ayından zədədən əziyyət çəkir.