"Sumqayıt" FK-nın rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib. Sport24.az xəbər verir ki, toplantıda verilən qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub.
Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada 4 turdan sonra 1 xal toplayıbvə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Kimyaçılar"ın "Sabah"la oyunu təxirə salınıb.