Belçika millisinin sabiq futbolçusu Adnan Yanuzayın karyerasını Azərbaycanda davam etdirmək şansı var. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Hazırda azad agent statusunda olan 31 yaşlı hücumameyilli yarımmüdafiəçi agentlər vasitəsilə Misli Premyer Liqası təmsilçilərindən birinə təklif olunub.

Lakin futbolçunun yüksək maaş tələbi bu keçidin reallaşmasına mane olur. Hələlik söhbətin hansı klubdan getdiyini dəqiqləşdirə bilməsək də, Yanuzayın Azərbaycana gəlmək ehtimalı olduqca azdır.

Qeyd edək ki, Adnan Yanuzay son olaraq 2025/2026 mövsümündə "Sevilya"nın formasını geyinib. O, La Liqada cəmi 12 matçda meydana çıxıb. "Mançester Yunayted"in aşağı yaş qruplarında da çıxış etmiş futbolçu 2013-2017-ci illərdə klubun əsas komandasında forma geyinib. Yanuzay Dortmund "Borussiya"sı və Türkiyənin "Başakşehir" klubunun da şərəfini qoruyub.